Ronaldo yığmaların bombardirləri siyahısında üçüncü yerə çıxdı

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo bütün yığmalar arasında vurulan qolların sayına görə futbol tarixində üçüncü yerə çıxıb.

Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, K. Ronaldo ötən gün Misirlə yoldaşlıq oyununda dubla imza ataraq millidə vurduğu qolların sayını 81-ə çatdırıb. O, ümumilikdə yığmanın heyətində 148 oyun keçirib. K. Ronaldo bu göstərici sayəsində yaponiyalı Kunisiqe Kamamotonu qabaqlayıb. Milli yığmanın heyətində keçirilən oyunlarda K. Ronaldodan daha çox qol vuranlar isə macarıstanlı Ferents Puşkaş (84 qol) və iranlı Əli Daeidir (109 qol).

DİGƏR XƏBƏRLƏR

Top