TSQ Afrin bölgəsində nəzarəti tam ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrin bölgəsində nəzarəti tam ələ keçiriblər. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə TSQ-nın yaydığı məlumatda deyilir. Bildirilir ki, TSQ-nın yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günədək 3733 terrorçu zərərsizləşdirlib: “Əməliyyat çərçivəsində bütün kəndlər terrorçulardan təmizlənərək bütöv Afrin bölgəsində nəzarət ələ keçirilib. Əməliyyatdan əvvəl hədəfdə olan 2 min kvadratkilometr ərazi TSQ və ASO-nun hakimiyyətinə keçib”.

DİGƏR XƏBƏRLƏR

Top