Azərbaycana gələn iki moldovalı qardaş Göygöldə öldü

Martın 20-də gecə saatlarında Bakı-Qazax avtomobil yolunda avtoqəza nəticəsində həyatını itirmiş hər iki xarici vətəndaşın şəxsiyyəti müəyyənləşib.

Qəza yolun Göygöl rayonunun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bolqarıstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin yolun dəmir maneəsinə çırpılması nəticəsində Moldova vətəndaşları olan iki qardaş - Codrean İvan və Codrean Vasile ölüb.

Onlardan biri - sürücü İ.Codrean hadisə yerində, qardaşı V.Codrean isə xəstəxanada həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.report

DİGƏR XƏBƏRLƏR

Top