Fransada insanları girov götürən terrorçu tələbini irəli sürdü

Fransanın Treb şəhərində supermarketdə insanları girov götürən şəxs Parisdə terror aktları haqqında iş üzrə əsas şübhəli olan Salah Əbdüssəlamın azad edilməsini tələb edib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, insidentin baş verdiyi Treb şəhərinin meri Erik Menassi bildirib ki, terrorçunun daha əvvəl tutduğu girovların hamısı azad edilib, hazırda binada cinayətkar və polislər qalıb. Qeyd edək ki, S. Əbdüssəlam hazırda Parisin ətrafındakı Fleri-Meroji həbsxanasındadır.

DİGƏR XƏBƏRLƏR

Top