
Rusiyada onlarla insan qazdan zəhərlənib. "İzvestiya.ru" xəbər verir ki, hadisə Tambov vilayətində, Kaliniçi qəsəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin regional nümayəndəsi Svetlana Poqovorilovskaya bildirib ki, zəhərlənənlərin ümumi sayı 22 nəfərdir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyəti ağırdır. Zəhərlənənlərdən 9-u uşaqdır. Hadisənin qaraçıların yığcam yaşadığı ərazidə baş verdiyi bildirilir. Hadisəyə qaz balonu ilə ehtiyatsız davranma səbəb olub.Report
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                