Rusiyada qız şagird sinif yoldaşlarına atəş açıb

Rusiyanın Kurqan vilayətində qız şagird sinif yoldaşlarını pnevmatik silahdan atəşə tutub. Yeniavaz.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xəsarət alan yeddi şagirddə sıyrıntılar var. Bununla belə, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb. Qızı bu addım atmağa sövq edən səbəb məlum deyil. İnsident Şadrinsk şəhərindəki məktəblərin birində qeydə alınıb. 13 yaşlı şagird silahı evdən gətirib və silah atasına məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top