Tramp Putinə zəng edib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə telefon əlaqəsi yaradıb.

Bu barədə NBC Ağ Evdəki məmurlardan birinə istinadən məlumat yayıb.

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putinin təbrik edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilir ki, Tramp Putini prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

“Liderlər müxtəlif sahələrdə, o cümlədən strateji stabilliyin təmin edilməsi və beynəlxalq terrorizmlə mübarizə məsələlərində praktik əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Xüsusilə silah yarışını məhdudlaşdırmaq üçün koordinasiyalı səylərin əhəmiyyəti vurğulanıb”.

Qeyd edək ki, martın 19-da ABŞ-ın prezident administrasiyasındakı mənbə prezident seçkilərində qələbəsi münasibəti ilə Trampın Putinə zəng etməyə hazırlaşmadığını bildirmişdi.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top