"Skripal" işi ilə əlaqədar Rusiyalı səfir İsveç XİN-ə çağırılacaq


Rusiyanın Stokholmdakı səfiri martın 20-də İsveç xarici işlər nazirliyinə çağırılacaq. “RİA Novosti” xəbər verir ki, buna səbəb Rusiyanın “Skripal işi” ilə bağlı İsveçin ünvanına ittiham səsləndirməsidir. Moskva İsveçin, keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsində istifadə olunan maddənin mənbəyi ola biləcəyi iddiasını irəli sürmüşdü. “Rusiya səfiri Moskvanın ittihamları ilə əlaqədar sabah İsveç XİN-ə çağırılacaq” deyə nazirliyin bəyanatında deyilir. Rusiyanın XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “Noviçok” qazının Britaniya, Slovakiya, Çexiya, İsveç və ya ABŞ-da istehsal olunması ehtimalının daha yüksək olduğunu bəyan etmişdi. Bundan əvvəl Slovakiya hökuməti də Moskvanın bu iddialarını qəti şəkildə rədd edib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top