Səudiyyə Ərəbistanında çarşab geyinmək məcburiyyəti ləğv edilir


Səudiyyə Ərəbistanında qadınlar hörmətcil və münasib geyinəcəkləri təqdirdə çarşab geyməyə məcbur qalmayacaqlar. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl deyib. Onun sözlərinə görə, şəriət qaydaları olduqca aydındır: “Qadınlar kişilər kimi cəmiyyət qaydaarına uyğun və hörmətcil şəkildə geyinməlidirlər. Bunun qara çarşab şəklində olması zəruri deyil. 1979-cu ildən əvvəl Səudiyyə Ərəbistanında həyatı təbii halda yaşayırdıq. Din qara çarşab şərtini qoymurdu. Qadının örtünmək üçün qara rəngdən istifadə etməsi öz seçimidir”. O, ölkəsində radikal dini cərəyanların olmasında 1979-cu ildə baş vermiş İran İslam İnqilabını günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top