Mingəçevirdə "e-manat" terminalları niyə işləmir?

Artıq xeyli vaxtdır ki, Mingəçevirdə "e-manat" nəğd ödəniş terminalları insanların xidmətinə verilib. Əhali buradan kommunal, mobil, internet və digər xidmətlərlə bağlı ödənişləri tez və rahat şəkildə həyata keçirə bilir. Lakin son günlər "e-manat"la kommunal xidmətləri ödəməkdə əhali çox əziyyət çəkir. Kommunal xidmətlərin pulunu ödəmək üçün marketlərdə quraşdırılan "e-manat" terminallarına üz tutanlar problemlə qarşılaşır. Çünki bu "dəmir qutular"dan səs çıxmır. Bəzilərinin içi pulla dolu olduğundan pulu qəbul etmir. Bəzi "e-manat" terminalları isə qəbz vermir.

"Bu gün işıqsız, susuz qalan insanlar bilmir ki, hara üz tutsunlar. Şəhər əhalisi bayram əhval ruhiyyəsində yaşayır, lakin işıqsız, susuz nə bayram? Terminalları quraşdıran aidiyyəti təşkilatlar öz işlərinə dəfələrlə məsuliyyətsiz yanaşırlar",-deyə şəhər sakinləri bildiriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top