Martın 19-da Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.
Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.