Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.
Bu haqda şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.
Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.
“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaş çəkib”, - deyə Xəqani Aslanovun oğlu bildirib.
Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.
Həmçinin oxucuların diqqətinə Xəzər rayon Polis Bölməsinin şərhini də çatdıracaq. Oxu.az