Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb

Mingəçevirdə mənzilində kişi meyiti aşkarlanıb. Hadisə şəhərin Nizami küçəsi 21, mənzil 3-də qeydə alınıb. Belə ki, qonşuların məlumatı əsasında həmin binanın birinci mərtəbəsinə açıq pəncərədən daxil olaraq qapını açan hüquq-mühafizə orqanlarının əməkdaşları orada 1936-ci il təvəllüdlü ev sahibi Cingiz Bənəçi oğlu Qarayevi ölmüş vəziyyətdə aşkar ediblər. Əldə edilən məlumata görə mərhumun öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top