“Ey Avropa Parlamenti, siz nə vaxtdan Türkiyəyə ağıl verməyə başlamısınız?”
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum əyaləti təşkilatının konfransında bildirib.
“O ağılı özünüzə saxlayın. 7 ildir 3,5 milyon suriyalını qonaq edən bizik. Qapıları açıb onları Avropaya göndərsəydik, qaçıb gizlənməyə dəlik axtaracaqdınız. Biz insanlıq etdik. Siz insanlıqdan anlamırsız. Sizin qəbul etdiyiniz qərarlar bu qulağımızdan girib, o birindən çıxar.
Afrin əməliyyatını davam etdirəcəyik. Bizim mülki insanlarla əsla işimiz yoxdur. Suriya torpaqlarında da bizim işimiz yoxdur. Suriya torpaqlarında məzlum, günahsız insanları xilas edirik. O namusuzlar Afrindən qaçmaq istəyən mülki insanlara zülm edirlər. Onların bombaları saxladıqlar yeri də müəyyən etmişik. Afrinin 3/4-nə nəzarəti təmin etmişik. Bizim o torpaqlarda gözümüz yoxdur”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
O, çıxışı zamanı bildirib ki, Ərzurumdan çəkiləcək dəmiryolu xətti Tbilisiyə, oradan Bakıya və Çinədək uzanacaq. Report