Mingəçevirdə kirayə ev axtaranlar artıb

Son vaxtlar Mingəçevirdə kirayə evlərə təlabat artıb.

Yeniavaz.com saytına açıqlama verən relitor Xəyyam Məhərrəmov son bir neçə ayda kirayə bazarında canlanma müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, kirayəçilər daha çox təmirli -1, 2, 3 və əsasən içi əşyalı evlərə üstünlük verdiklərini bildiriblər. Hazırda yerindən asılı olaraq şəhərdə mənzillərin kirayə haqqı 100-250 manat arasında dəyişir. Relitorlar onu da bildirdi ki, kirayə üçün təmirli mənzillər tampaq elə də asan deyil. Kirayəçilər daha çox belə evlərə üstünlük verdiklərinə görə təmirli mənzillər tapmaq çətinlik yaradır. Kirayə bazarına təlabat çox olsa da, qiymət artımı müşahidə olunmayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top