Azərbaycanlı xanıma Malaziyada yüksək titul verildi

Malaziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” titulu ilə təltif edib.

Azərbaycanlı xanım Malaziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.

Təntənəli mərasim Kuala-Lumpurun “İstana Neqara” kral sarayında baş tutub.

Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top