Cənubi Koreyanın keçmiş Prezidenti Li Myon Bak dindirmə zamanı 100 min dollar mənimsədiyini etiraf edib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, sabiq Prezident vəsaiti Milli Kəşfiyyat Xidmətinin gizli fondlarından götürüb. Keçmiş siyasətçi həmin pulların nəyə xərcləndiyini deməkdən imtina edib. L. M. Bak hakimiyyətdən sui-istifadə etmək və rüşvətxorluq ittihamlarını təkzib edib. İstintaqın versiyasına əsasən, o, 2008-2013-cü illərdə kəşfiyyat xidmətindən, “Samsung” korporasiyasından və banklardan 10,3 milyon məbləğində rüşvət alaraq qanunsuz fond qurub. Xatırladaq ki, məhkəmə fevralda Cənubi Koreyanın digər prezidenti Pak Kın Xenin rəfiqəsi Çxve Sun Sili 20 il azadlıqdan məhrum edib. P. K. Xenə qarşı isə ötən ilin aprelində rüşvətxorluq, hakimiyyətdən sui-istifadə, qanunsuz təzyiq göstərmə və dövlət sirlərini yaymaq üzrə ittihamlar irəli sürülüb.