Ağdaş məktəbliləri cənub rayonlarına tur-aksiyaya yola düşüblər

Ağdaş rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarfləndirici tur-aksiyalarin növbəti mərhələsinə start verilib. Yeniavaz.com xəbər verir ki, tur-aksiya çərçivəsində Ağdaş rayonundan olan 40 nəfər şəgird Lənkəran-Masallı-Astara marşurutu üzrə tur aksiyada iştirak etmək üçün yola salınıb. Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Yolasalma mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti başçısının - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Valideynlər çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Ekskursiya qrupunun üzvü olan şagirdlər bu maarifləndirici tur aksiyanın son dərəcə maraqlı və yaddaqalan olacağına ümid etdiklərini bildiriblər. Şagirdlər gəzinti zamanı, maariflənməklə, istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olacağını deyiblər.

Mərasimdən sonra əllərində üçrəngli Azərbaycan bayrağı olan tur-aksiya iştirakçıları musiqi sədaları altında hər cür şəraiti olan avtobusla Lənkəran şəhərinə yola düşüblər. Məktəbliləri Rayon İcra Hakimiyyətinin nümayəndəsi, yüksək təşkilatçılıq qabiliyyətinə malik 4 nəzarətçi müəllim və həkim müşaiyyət edir.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top