Rus casusu ilə bağlı BMT TŞ-da fövqəladə iclas keçirilir

Nyu Yorkda, BMT Təhlükəsizlik Şurasında Britaniya hökumətinin vəsatəti əsasında keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı fövqəladə iclas keçirilir.

Bu barədə Birləşmiş Krallığın “Twitter” hesabında məlumat yayılıb.

“Şura üzvlərinin Solsberidə sinir-paralitik maddə ilə törədilmiş hücumla bağlı araşdırma barədə məlumatlandırılması məqsədi ilə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırıb” deyə məlumatda qeyd olunur.

İclas hal-hazırda davam edir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top