
Keçmiş casus Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsində Rusiyanın günahkar olduğunu bəyan edən rəsmi London BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırıb.
Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, iclasın axşam saatlarında keçiriləcəyi məlum olub.
Bu arada Böyük Britaniyanın Baş naziri Tereza Mey 23 rus diplomatın ölkədən çıxarılacağını deyib: “Son 30 ildə birdəfəmə bu qədər diplomatı qovmamışdıq. Onlar bizə məlumat verilməmiş kəşfiyyat üzvləridir”.
Diplomatlara ölkəni tərk etmək üçün bir həftə vaxt verildiyini qeyd edən T. Mey Moskvanın təxribat əməllərini davam etdirəcəyi təqdirdə yeni sanksiyaların tətbiq ediləcəyini bildirib: “İngiltərədə yaşyanların və ölkə vətəndaşlarının həyatını və ya malını təhdid edəcəyi təqdirdə Rusiya dövlətinə aid aktivləri donduracağıq”.
O, təbii qaz məsələsində Rusiyaya alternativ axtardıqlarını da deyib.
Tətbiqimizi yükləyə bilərsiniz