Türkiyənin 34 ildir terrorçuluqla imübarizə apardığı dövrə aid layiqli şeir və marş yoxdur.
Yeniavaz.com–un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu vəziyyət təəssüf doğurur.
Türkiyə Prezidenti qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə bağlı İstiqlal marşı kimi olmasa da, Mehtər marşı kimi bir marş yazılmalıdır: “Əsgərlərimizi yeni marşlarla irəliyə aparmalıyıq”.