"Naməlum" ölkədən Azərbaycana gələnlərin sayı kəskin azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 352 min 74 nəfər xarici ölkə vətəndaşı gəlib. Yeniavaz.com Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbilərin 76%-i və ya 267 min 662 nəfəri 4 ölkədən - Rusiyadan, Gürcüstandan, Türkiyədən və İrandan təşrif gətiriblər. Ötən 2 ay ərzində Rusiyadan 103 min 245 nəfər, Gürcüstandan 87 min 649 nəfər, Türkiyədən 48 min 657 nəfər, İrandan isə 28 min 111 nəfər gəlib. Bunlardan başqa yanvar-fevral ayında Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən 13 min 64, Ukraynadan 7 min 328, İraqdan 6 min 977, Küveyt 4 min 299, Qazaxıstandan isə 4 min 76 nəfər səfər edib.

Açıqlanan statistikada həmçinin qeyd olunur ki, yanvar-fevral aylarında "Naməlum" ölkədən Azərbaycana 26 nəfər səfər edib. "Naməlum" ölkədən gələnlərin sayı yanvar ayı ilə müqayisə fevral ayında kəskin azalıb. Belə ki, yanvarda "Naməlum" ölkədən Azərbaycana 23 nəfər gədiyi halda, fevralda bu göstərici 3 nəfər olub. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda adları xarici ölkə olaraq göstərilən "Qaçqın Konvensiyası"ndan 34 şəxs, "Qaçqın"dan 6 şəxs, "BMT"-dən 5 şəxs, Azərbaycana səfər edib.

Onu da bildirək ki, ötən il Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında Ermənistan və "Keçmiş SSRİ" vətəndaşları olduğu halda, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən Azərbaycana gələn olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top