Qalmaqallı “Orfoqrafiya lüğəti” mayda nəşr olunacaq

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaratmışdı.

Orfoqrafiya komissiyasına akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Bundan başqa, Orfoqrafiya komissiyasının ölkə miqyaslı əhəmiyyəti nəzərə alınaraq, quruma Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib.

Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib ki, Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı artıq mütəxəssislərin ixtiyarına verilib.

“Hazırda müzakirələr aparırıq. Yeni “Orfoqrafiya lüğəti” nəşr edəcəyik və həmin lüğətdə həmin sözlərin qarşılığı göstəriləcək. Sadəcə olaraq bəzi sözlər öncə ümumxalq müzakirəsinə çıxarıldı. İndi isə mütəxəssislərin ixtiyarına verilib. Yeni sözlərin qarşılığı müəyyənləşdiriləcək. Hələ ki müzakirələr gedir”.

Sayalı Sadıqova “Orfoqrafiya lüğəti”nin nə vaxt nəşr olunacağını da bildirib.

“Bizdə 9 bölmə var ki, orada müxtəlif sahələr mövcuddur. Hər sahənin öz mütəxəssisi var. Həmin bölmələrdə həmin sözlər müzakirə olunur. Sonda isə onların hamısı bir yerə toplanıb lüğət kimi nəşr olunacaq. Güman ki, həmin “Orfoqrafiya lüğəti” mayda nəşr olunmağa başlayacaq”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top