Gəncənin İcra başçısı vətəndaşların qəbulunu keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti vətəndaş qəbulu keçirib. Yeniavaz.com xəbər verir ki, qəbula şəhərin hüquq mühafizə orqanları, icra strukturları rəhbərləri və 100 nəfərdən artıq vətəndaş qatılıb. Qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərlə bağlı şəhər rəhbərinə müraiət ediblər. Müraciətlər əsasən dam örtüyünün təmiri, torpaq sahəsi və işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik, eyni zamanda kommunal problemlər - ən əsası da qaz sayğaclarının quraşdırılması ilə bağlı olub.

İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top