Rusiyalı senator ermənilərə Azərbaycana silah satmalarının səbəbini izah etdi

Rusiya silahının Azərbaycana satışı 2016-cı ilin aprelinədək (Ermənistan qoşunlarının təxribatı nəticəsində cəbhədə gərginliyin artdığı dövr) əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilib.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev “Ukraynaya silah satışı faktı Rusiyanın hiddətləndirir, ancaq bu, ona Ermənistanın strateji tərəfdaşı olaraq Azərbaycana 5 milyard dollar məbləğində silah satmasına mane olmur” sualına cavab verərkən deyib.

O bildirib: “İlk növbədə qeyd etmək istərdim ki, belə hallarda söhbət qaynar mərhələdə olan münaqişələrdən, o cümlədən silahların atəş açdığı Ukraynadan gedir. Xoşbəxtlikdən Dağlıq Qarabağ münaqişəsi belə mərhələdə deyil. Hamımız başa düşürük ki, vəziyyətin partlama təhlükəsi var və 2016-ci ilin aprel hadisələri bu faciəvi hadisələrin daha bir təsdiqidir. Rusiya 2016-cı ilin aprelinədək bağlanmış müqavilələri reallaşdırır və biz bunu həmin müqavilələrin müddəalarına uyğun etnəyə borcluyuq. Lakin bu vəziyyət həmin məqamadək mövcud olub və məndə olan məlumata görə o, gələcəkdə indiki miqyaslarda yenidən hasil olmayacaq. Şübhəsiz 2016-cı ilin aprelində baş verən vəziyyətə reaksiya verəcəyik. Bunda heç bir şübhə yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top