Dünyada ən çox silah satan və alan ölkələr - SİYAHI

Dünyada ən çox silah satan ölkə ABŞ hesab olunur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı məlumata görə, son 67 il - 1950-2017-ci illər ərzində ABŞ ümumilikdə 673 milyard dollar dəyərində silah ixrac edib. Yeniavaz.com İnstitutun açıqladığı məlumatlara istinadən bildirir ki, ABŞ-dan sonra ən çox silah ixrac edən ölkə Rusiyadır. Rusiya (keçmiş SSRİ ilə birgə) son 67 il ərzində 588 milyard dollarlıq silah satıb. Silah ixracında ilk 5-liyi 3 Avropa ölkəsi - Böyük Britaniya, Fransa və Almaniya tamamlayır. Hesabat dövrü ərzində Böyük Britaniya 140 milyard, Fransa 120 milyard, Almaniya isə 86 milyard dollarlıq silah satıb. Bunlardan başqa Çin (53 milyard dollar), İtaliya (32 milyard dollar), Çexiya (31 milyard dollar), Hollandiya (24 milyard dollar) və İsrail (16 milyard dollar) dünyada ən çox silah satan ölkələr olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu eyni zamanda dünyada ən çox silah alan ölkələrin də siyahısını açıqlayıb. Ən çox silah idxal edən ölkələrin ilk 5-liyində Hindistan (120 milyard dollar), Almaniya (87 milyard dollar), Çin (77 milyard dollar), Misir (64 milyard dollar) və Yaponiya (64 milyard dollar) yer alıb. Bunlardan başqa son 67 il ərzində Səudiyyə Ərəbistan 62 milyard, Türkiyə 55 milyard, İraq 53 milyard, Cənubi Koreya 52 milyard, İran 46 milyard, ABŞ 45 milyard, İsrail isə 43 milyard dollarlıq silah satın alıb.

DİGƏR XƏBƏRLƏR

Top