“Stres çarxları” təhlükəli mallar siyahısına daxil edildi


Avropa İttifaqı (Aİ) ölkəmizdə “stress çarxı” kimi tanınan spinnerləri təhlükəli mallar siyahısına daxil edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin 2017-ci il üzrə hesabatında deyilir. Məruzədə qeyd edilir ki, spinnerlər uşaqlar üçün risk təşkil edir, xüsusilə də işıq saçan modelləri daha risklidir: “Uşaq işıq saçan spinnerin düymə şəklində olan batareyasını udarsa, bu, qida borusu və bağırsaqda yanıqlar əmələ gətirə bilər. Oyuncağın asan qopan kiçik hissələri də təhlükə törədir”.

DİGƏR XƏBƏRLƏR

Top