Yanacaq daşıyan maşın minik avtomobili ilə toqquşub - Yevlaxda

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində 10 -MU 696 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın 99 JX 582 dövlət nömrə nişanlı, yanacaq daşıyan maşınla toqquşub. Nəticədə “Tofaş” markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərbənin təsirindən yanacaq daşıyan maşının çəlləyi deşilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top