ABŞ və Türkiyə Mənbiclə bağlı razılığa gəldi


YPG Türkiyə və ABŞ-ın nəzarəti altında Suriyanın Mənbic şəhərini tərk edəcək. Yeniavaz.com-un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Vaşinqton və Ankara həmin regionda təhlükəsizliyi təmin edəcək. M. Çavuşoğlu qeyd edib ki, YPG heç bir halda Mənbicdə qalmayacaq: “Orada ABŞ və Türkiyə hərbçiləri qalacaqlar və YPG-nin çıxışına nəzarət edəcəklər, bölgənin təhlükəsizliyini təmin edəcəklər. Biz bu modeli əvvəlcə Mənbicə tətbiq edəcəyik, sonra YPG-nin nəzarətində olan Raqqa, Fəratın şərq sahilinə şamil edəcəyik”. Nazir əlavə edib ki, martın 19-da Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşdə Suriya üzrə yol xəritəsi müzakirə ediləcək: “Biz onu təqvimlə birlikdə müzakirə edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top