İngiltərəyə sığınan rus casusun nədən zəhərləndiyini açıqlanıb

Britaniya baş naziri Tereza Mey, İngiltərədə siyasi sığınacaq almış keçmiş rusiyalı casus Serqey Skripal və onun qızının “Noviçok” fəsiləsindən olan sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirib.

Bu barədə “The Sun” məlumat yayıb.

“Məlum olub ki, Skripal Rusiyada istehsal olunmuş sinir-sistemini iflic edən hərbi təyinatlı maddə vasitəsi ilə zəhərlənib. Bu maddə “Noviçok” adı ilə tanınan sinir-iflic edən maddələr qrupuna daxildir” deyə Mey bildirib.

Britaniya baş naziri Tereza Meyin Britaniya parlamentində keçmiş rusiyalı casus Serqey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı etdiyi çıxışdan sonra Rusiya səfiri Britaniya XİN-ə çağırılıb.

Məlumatda qeyd olunur ki, Rusiya səfirindən izahat alınıb, Moskvanın sabah iş gününün sonuna kimi məsələ ilə bağlı rəsmi açıqlama verməsi tələb olunub. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top