Azərbaycan qərənfilləri Rusiyaya buraxılmadı

“Rosselxoznadzor”un Dağıstan Respublikasındakı idarəsinin dövlət müfəttişləri qərənfilkimilər fəsiləsindən olan 600 gülün Rusiya Federasiyası əraizinə keçirilməsinə icazə verməyib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, güllər martın 6-da RF-nin Dağıstandakı “Yaraq-Qazmalar” dövlət sərhəd-buraxılış məntəqəsində Azərbaycandan gəlmiş sərnişinin yükünün karantin fitosanitar yoxlama proseduru zamanı aşkarlanıb.

Fitosanitar tələblərin və “bitkilərin karantini haqqında” federal qanunun tələblərinin pozulmasına görə, qurum yükün ixrac edən ölkəyə qaytarılmasına qərar verib.

Malın sahibi Rusiya Federasiyasının İnzibati Xətalar məcəlləsinin 10.2-ci maddəsi (karantində olan məhsulların ölkədə daxil edilməsi və ölkədən çıxarılması qaydalarının pozulması) üzrə inzibati məsuliyyətə cəlb edilib.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top