Gəncədə bayram yarmarkası davam edir

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası- 2018” təşkil edilir. Yeniavaz.com xəbər verir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, “Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar. Onlar “Grand Qafqaz” Ticarət Kompleksinin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Sakinlərdən Adil Quliyev, Esmira Əhmədova, Fizuli İsmayılov və başqaları rəsmilərlə həmsöhbət olub, yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

Bildirək ki, təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər.

Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) 20,60 AZN
Un (25 kq) 10.60 AZN
Un (10 kq) 4.40 AZN
Un (5 kq) 2.30AZN
Mal əti (kq-la) 8 AZN
Qoyun əti (kq-la) 9 AZN
Yumurta (ədədlə) 0.10 AZN
Kartofkq 0.40 AZN
Soğankq 0.30 AZN
Makaron (1 kq) 0.70 AZN
Vermişel (1 kq) 0.80 AZN
Finalçay 1.88 AZN
Limonad (ədədlə) 0.20 AZN
Alma (1 kq)

Mandarin (1 kq)

1 AZN

1.50 AZN

Kolbasa (1 kq)

Sosiska (1 kq)

5 AZN

4.70 AZN

BizimSüfrəmayonez (500 q) 1.87 AZN
Supersunyağ. (1.200 q) 5.30 AZN

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top