“Autizm - ev şəraitində təlim” adlı kitabın təqdimat mərasimi keçirilib

Martın 10-da Azərkitabda müəllif Lalə İsmayılovanın “Autizm - ev şəraitində təlim” adlı kitabın təqdim etmə mərasimi keçirilib.

Yeniavaz.com xəbər verir ki, autizmli uşaq anası olan Lalə Ismayılova Xarici Dillər Universitetinin tərcümə fakultəsini bitirib, övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyişən müəllif bu xəstəliyə qalib gəlmək ücün bu sahəni öyrənməyə, bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb.

O, Rusyanın Surqut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub ve elə orada uşaqlara təlim verib. Daha sonra Amerikanın “Autizm and the environment online” kursunu bitirib və hazırda Amerikanın “Autizm society" yəni Autizm cəmiyyətinin üzvüdur.

Türkiyədə autizm üzrə ailə təhsili alıb. Kitabdakı təlimin əsasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hazırladığı sistem durur.

Autizmli uşağa sahib valideyinlər üçün faydalı vəsait olan bu kitabdakı təlimlərlə cox əngəlləri aşmaq mümkündür. Oyunlar əsasında qurulan təlimdə uşaqlar əylənərək öyrənəcəklər. Hər bir oyunun böyük hədəfləri və məqsədləri var. Sistemli şəkildə qurulan oyunlar sonda autizmli uşağın hansısa bacarığı qazanmasına səbəb olur.

Bu kitabla öz övladı ilə yanaşı başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa cağırır: “Autizm hər şeyin sonu demek deyil. Erkən mudaxilə, doğru yol seçməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”.

Təqdimat mərasimində mütəxəssislər - psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq İlham Osmanlı, yazıçı Çinarə Köçərli, “Birgə ve Saglam” İB-nin sədri Aytən Eynalova, çıxış edərək bu kitabın autizmli uşaq sahibi olan valideyinlərin maariflənməsində, onların övladları üçün faydalı ola bilməsində əhəmiyyətli rol oynayacağına inandıqlarını bildirdilər.

Təqdimat mərasimində Lalə İsmayılovanın ideyası ilə autzmli yeniyetmə Əliyev Xaqan ve müəlliməsi İsmayılova Firuzənın “Eurovision” qalibleri Eldar və Nigarın birgə ifa etdikləri “Running Scared” mahnısının sədaları altında etdikləri rəqs marağa səbəb olub.

Tədbirə qartılan mügənni Eldar bu rəqsi alqışlarla qarşılayaraq, autizmli gəncə öz diskini hədiyyə edib. Təqdimat mərasimi Tüzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” mahnısının sədaları altında davam edib.

Qeyd edək ki, tədbir “Umid var” xeyriyyə birliyinin dəstəyi ilə düzənlənib.

DİGƏR XƏBƏRLƏR

Top