İran ölkənin brəpa edilməsi üçün İraqa 3 milyard dollarlıq kredit verəcək. Bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Bağdada 3 günlük səfəri zamanı bildirib. “İran İraqa 3 milard dollar məbləğində kredit verməyə hazırlaşır. Bununla İranın özəl şirkətlərinin və sektorunun İraqın bərpasında payını artırmaq istəyirik”, deyə Cahangiri söyləyib. Onun sözlərinə görə, İran və İraq iqtisadi-siyasi münasibətləri inkişaf etdirmək niyyətindədir. Bundan əlavə hər iki ölkəni birləşdirən dəmiryol xətlərinin bərpası da nəzərdə tutulub. Qafqazinfo