Çin liderinə müddətsiz idarə etməyə icazə verildi


Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək. İndiyə qədər Konstitusiyaya əsasən eyni şəxslər Çin Xalq Respublikasının sədri və müavini postuna iki dəfədən artıq seçilə bilməzdi.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top