Tramp Kim Çen In-la “dünyanı xilas edəcək” saziş imzalamağa hazırlaşır


ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya lideri Kim Çen In ilə danışıqlar uğurla nəticələnəcək. O bunu Pensilvaniyada siyasi mitinq zamanı deyib. “Biz oturaraq bütün dünya üçün möhtəşəm saziş bağlaya bilərik”, – deyən ABŞ lideri qeyd edib ki, müqavilə ümumi nüvə gərginliyini azalda bilər. Qeyd edək ki, Tramp və In mayın sonunda görüşməli idilər. Tərəflər Pxenyanın nüvə sınağı ilə bağlı imtinasını müzakirə edəcəklər. Son 25 il ərzində Amerika nümayəndələri Pxenyana 6 dəfə səfər edib. Lakin indiyə qədər ABŞ-ın fəaliyyətdə olan prezidenti Şimali Koreyanın mərkəzinə rəsmi səfərə getməyib.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top