BƏƏ XİN başçısı: Türkiyə ərəb dünyasında rejim dəyişikliyini planlaşdıran təşkilatlarla əməkdaşlıq qurub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş Türkiyəni ərəb ölkələrinin müstəqilliyinə hörmət göstərmədiyini iddia edib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazir bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Türkiyə və ərəb əlaqələrinin ən yaxşı səviyyədə olmadığını görmək çətin deyil: “Ankara ərəb müstəqliyyini nəzərə alaraq qonşuları ilə məntiqli və ağılla əlaqə qurmalıdır.

Ə. Qarqaş iddia edib ki, Türkiyə ərəb dünyasında rejim dəyişikliyini planlaşdıran təşkilatlarla əməkdaşlıq qurub: “Ərəb dünyası qonşuları tərəfindən idarə edilməyəcək və hazırki vəziyyət qalıcı olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top