Türkiyə ABŞ-ın mümkün sanksiyalarına necə cavab verəcəyini açıqlayıb

Türkiyə ABŞ-ın mümkün sanksiyalarına cavab verməyə hazırdır.

Yeniavaz.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Zeit” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər Amerika Türkiyəni sanksiyalarla cəzalandırmaq istəyirsə, Türkiyə Rusiya və digər ölkələrdən başqa cür reaksiya verəcək: “Biz cavab verəcəyik. Siz bizi təhdid etməməlisiniz. ABŞ bir çoxlarını məsələn, bu və ya digər ölkədən qaz almayın deyərək təhdid edir. Belə olmaz”.

Qeyd edək ki, ABŞ Konqresində Türkiyənin Rusiyadan S-400 zenita-raket kompleksi satına almasına görə Ankaraya sanksiyaların tətbiq edilməsi müzakirə olunur.

DİGƏR XƏBƏRLƏR

Top