Çin 6G üzərində işə başlayıb

Çin alimləri altıncı nəsil rabitə standartının hazırlanmasına başlayıblar.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çinin sənaye və informasiyalaşdırma naziri Myao Vey deyib.

Onun sözlərinə görə, Çin alimləri ötən ilin sonunda yeni rabitə standartı sahəsində 6G-nin hazırlanmasına təşəbbüs göstəriblər: “Sürətli texnoloji artım təkcə mobil rabitə vasitəsilə insanlar arasında ünsiyyət imkanını təmin etmir, həm də insanla maşına arasında, habelə bilavasitə maşınlar arasında qarşılıqlı fəaliyyəti təmin edir. Bu, bəşəriyyətin gələcəyidir”.

Qeyd edək ki, Çin hazırda 5G rabirə standartı texnologiyası üzərində fəal iş aparır.

DİGƏR XƏBƏRLƏR

Top