Azərbaycanda Kürdən tilovla tutulan balıq görənləri təəccübləndirib - FOTOLAR

Zərdab rayonunda Kür çayından tilovla tutulan balıq görənləri təəccübləndirib. Bu barədə Yeniavaz.com saytına rayon sakini Elvin Babayev məlumat verib. Onun sözlərinə görə, tilovla tutduğu balıq 20 kiloqram ağırlığında olub: "Adəti üzrə Kür çayına gəmi ilə balıq tutmağa getmişdik. Balıq tilovu qəfil necə dartdısa, az qala suya düşəcəkdim. Çətinliklə də olsa balığı sudan çıxara bildim, tilovu qırıb qaça bilmədi. Balığı evə gətirəndə görənlər təəccüb edirdilər, heç kim tilovla tutduğuma inanmırdı".

Elvin Babayevin yaxınları da bu ağırlıqda balığın tilovla tutmağın çox çətin olduğunu bildiriblər: "Adətən, çəkisi 10 kiloqramdan çox olan balıqları tilovla tutmaq olmur, qırıb qaçır. Xüsusilə kənd yerlərində istifadə olunan tilovlar peşəkar olmadığından ikiqat çətinləşir. Amma Elvin bunu bacarıb. Azərbaycanda bu ağırlıqda, çəkisi bundan da çox olan balıqların tutulması normaldır, ancaq onların demək olar hamısı torla tutulur. Elvin isə bu balığı tilovla tutmağı bacarıb, maraqlı olan da budur".

Onlar dediklərinə sübut kimi Elvinin tutduğu balığın fotolarını saytımıza göndəriblər.

DİGƏR XƏBƏRLƏR

Top