Kərə yağı yenidən bahalaşır - YENİ QİYMƏTLƏR

Dünya bazarlarında kərə yağının qiyməti yenidən yüksəlişə keçib. Yeniavaz.com xəbər verir ki, bu ayın 6-na olan sonuncu məlumata görə dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 5280 dollar (1 kq - 5,28 dollar/9 manat) olub. Qeyd edək ki, bu qiymət sonuncu dəfə ötən ilin noyabr ayının ortalarında qeydə alınıb. Həmin tarixdən sonra kərə yağının qiyməti davamlı olaraq azalıb. Hətta ötən ilin dekabr ayında və bu ilin yanvar ayının əvvəlində kərə yağının 1 tonu 4400 dollara (1 kq - 4,4 dollar/7,5 manat) kimi ucuzlaşıb. Lakin, yanvar ayından etibarən kərə yağı yenidən bahalaşmağa başlayıb. Son 2 ay ərzində kərə yağının qiymətində 17% həddində bahalaşma qeydə alınıb.

Onu da bildirək ki, ötən ilin sentyabr ayından etibarən dünya bazarında kərə yağının ucuzlaşması bu ilin əvvəlindən başlayaraq ölkəyə idxal olunan kərə yağının da qiymətinə təsir etməyə başlamışdı. Belə ki, son 2 ayda idxal olunan kərə yağının gömrük dəyərində ucuzlama qeydə alınıb. 2017-ci ilin dekabr ayında ölkəyə gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 6,1 dollar (10,5 manat) olduğu halda, son 2 ay ərzində kərə yağının hər kiloqramı ölkəyə təxminən 60 qəpik daha ucuz - 5,8 dollara (9,9 manat) daxil olub. Belə görünür ki, dünya bazarında kərə yağının yenidən bahalaşması yaxın zamanlarda idxal olunan kərə yağının da yenidən artmasına gətirib çıxaracaq.

Son bir il ərzində Yeni Zelandiya və Avstraliya bazarında kərə yağının 1 tonunun orta qiyməti:

Həftə

Tarix

Yuxarı

$/ ton

Aşağı

$/ ton

Orta

$/ ton

1

2017-01-07

4475.00

4300.00

4387.50

3

2017-01-21

4475.00

4375.00

4425.00

5

2017-02-04

4475.00

4375.00

4425.00

7

2017-02-18

4600.00

4400.00

4500.00

9

2017-03-04

4850.00

4500.00

4675.00

11

2017-03-18

4850.00

4625.00

4737.50

13

2017-04-01

5475.00

4950.00

5212.50

15

2017-04-15

5350.00

4825.00

5087.50

17

2017-04-29

5350.00

4900.00

5125.00

19

2017-05-13

5150.00

4900.00

5025.00

21

2017-05-27

5425.00

5025.00

5225.00

23

2017-06-10

6000.00

5400.00

5700.00

25

2017-06-24

6050.00

5500.00

5775.00

27

2017-07-08

6050.00

5800.00

5925.00

29

2017-07-22

6300.00

6000.00

6150.00

31

2017-08-05

6200.00

5750.00

5975.00

33

2017-08-19

6650.00

5700.00

6175.00

35

2017-09-02

6450.00

5700.00

6075.00

37

2017-09-16

6450.00

5950.00

6200.00

39

2017-09-30

6450.00

6100.00

6275.00

41

2017-10-14

6200.00

5600.00

5900.00

43

2017-10-28

6150.00

5375.00

5762.50

45

2017-11-11

6150.00

5325.00

5737.50

47

2017-11-25

5750.00

5100.00

5425.00

49

2017-12-09

5200.00

4500.00

4850.00

51

2017-12-23

4975.00

4450.00

4712.50

1

2018-01-06

4975.00

4475.00

4725.00

3

2018-01-20

5025.00

4525.00

4775.00

5

2018-02-03

5025.00

4550.00

4787.50

7

2018-02-17

5350.00

5250.00

5300.00

9

2018-03-03

5450.00

5300.00

5375.00

DİGƏR XƏBƏRLƏR

Top