Mal-qara sahiblərinin işini asanlaşdıran qurğu - YEVLAXDA

Yevlax rayonunun Hürüuşağı kəndinin heyvan sahibləri mal-qaranı otarmağa əlavə vaxt sərf etmirlər. Mal-qara otarılan ərazinin magistiral yola yaxın olması da onları qorxutmur. Burada yüzlərlə sahibsiz heyvan otlayır. Burada həmin işi kiçik qurğu həyata keçirir. Heyvanların otlayacağı əraziyə əvvəlcə ölçüsündən asılı olaraq naqillər çəkilir. İribuynuzlu heyvanlar ora salındıqdan sonra aparat vasitəsi ilə həmin məftillərə az miqdarda enerji ötürülür. Kənd sakinləri Şakir Rəhimov, Cuma Vəliyev Yeniavaz.com saytına bildiriblər ki, əvvəllər mal-qara otlaq sahəsindən magistiral yola çıxırmış: "Mal-qaramızı tez-tez avtomobillər vururdu. İndi bu qurğu olandan sonra heyvanlar yola çıxmır, qurğudan naqillərə ötürülən, öldürücü olmayan enerji, mal-qara toxunan zaman onlara təsir göstərir. Bundan qorxuya düşən heyvanlar həmin ərazidən kənara çıxmağa cəhd etmirlər. İşimizi asanlaşdıran bu qurğu bizə 50-60 manata başa gəlir. Hətta bizim bu maraqlı üsulumuz bizə qonşu rayonların da sakinlərinin marağına səbəb olub".

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top