"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 19-cu tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib. Turun açılış matçında “Kəpəz” Gəncədə “Qəbələ”ni sınağa çəkib. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazmışdı. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempionluq yolunda ciddi zərbə almışdı. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə çıxmışdılar. Oyunun taleyini bir qol həll edib. 66-cı dəqiqədə fərqlənən Filip Ozobiç komandasına vacib qələbə qazandırıb.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edib. Qarşılıqlı qolla şəraitində keçən görüş meydan sahibləriinin qələbəsi ilə başa çatıb - 3:2. olke.az

DİGƏR XƏBƏRLƏR

Top