Serbiya parlamenti 1915-ci il hadisələri ilə bağlı qərar verdi

Serbiya parlamenti 1915-ci il hadisələrin “soyqırım” kimi tanınmasını nəzərdə tutan qanun layihəsini parlamentin gündəliyinə çıxarılmasını qəbul etməyib. Yeniavaz.com-un “CNN Türk” televiziyasına istinadən verdiyi məlumata görə, rədd qərarı səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi müxalif Yeni Partiyanın sədri Zoran Zivkoviçin təklifi ilə hazırlanıb. Səsvermədə 139 deputat layihənin əleyhinə, 7 deputat isə lehinə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top