Ölkəyə avtomobil idxalı 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2 min 65 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1062 ədəd və yaxud 2 dəfə çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 6 ədəd və yaxud 2,2 dəfə artaraq 11-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 1015 ədəd və yaxud 2,2 dəfə artaraq 1867-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 43 ədəd yaxud 31% artaraq 182-yə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2 ədəd yaxud 28,6% azalaraq 5-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top