Ticarət dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 3 milyard 661 milyon 979,5 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 39,5% və ya 1 milyard 36 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 1 milyard 451,5 milyon dollar, ixrac əməliyyatları üzrə 2 milyard 210,4 milyon dollar ticarət həcmi qeydə alınıb. Son bir ildə idxal dəyər ifadəsində 49,3%, ixrac isə 33,7% artıb. 2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsində 758,9 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top