Ata 2 yaşlı oğlunu avtomobillə vuraraq öldürüb - Gəncədə

Gəncə sakini avtomobillə övladını vurub. Şəhərin Nizami küçəsində yaşayan 1985-ci il təvəllüdlü Səbuhi İsmayılov “QAZel” markalı avtomobilini həyətdən çıxarmaq istəyərkən avtomobil onun oğlu, 2016-cı il təvəllüdlü İsmayıl İsmayılova dəyib. Xəsarət alan uşaq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top