Qazax şəhər stadionu təmir olunur - FOTOLAR

Qazax rayonunda elə bir sahə yoxdur ki, diqqət və qayğı göstərilməsin, həmin sahədə əsaslı işlər görülməsin. Yeniavaz.com xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idman sahəsini də həmişə diqqətdə saxlayır, bu sahənin inkişaf etməsi üçün rayonda diqqətəlayiq işlər görülür. Məhəmmədəli Qazaxlı adına güləş zalının əsaslı şəkildə təmiri rayon rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin ən bariz nümunəsidir. Bu nümunələrin sayını artırmaq da olar. Hal-hazırda isə uzun müddət diqqətdən kənarda qalmış şəhər stadionunda təmir işlərinə başlanılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov şəhər stadionunda olub, orada aparılan təmir işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, stadionun ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Hal-hazırda isə təmir-bərpa işlərinə başlanılıb. İnşaatçılar suvaq işləri görür, uçan yerləri bərpa edir, normal hala salırlar. Bu işlərin görülməsi üçün kifayət qədər işçi qüvvəsi ayrılıb. İnşaatçıların səylə çalışmalarının nəticəsidir ki, qısa müddətdə xeyli təmir-bərpa işləri görülüb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov aparılan təmir-bərpa işləri ilə yaxından tanış olduqdan sonra lazımi tapşırıq və tövsiyələrini verib. Vüqar Nəbiyev, Qazax

DİGƏR XƏBƏRLƏR

Top