Aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.
Bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.
Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır. qafqazınfo
8 mart