ABŞ iki müsəlman ölkəsinə yarım milyard dollarlıq silah satdı

ABŞ Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təqribən ümumi dəyəri 500 milyon dollar olan silahlar göndərəcək.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Qətər Hava Qüvvələrinə 197 milyon dollar dəyərində təchizatlar tədarük edəcək.

BƏƏ isə ABŞ-a 270 milyon dollar ödəyəcək və 300 ədəd “Sidewinder” raketləri satın alacaq. Bu raketlər qırıcı təyyarələrə quraşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top